image-yol_polisibackend

Bakı–Şamaxı yolunda qəza: DYP əməkdaşları yaralı üçün yol açdı

Bakı–Şamaxı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları operativ şəkildə hərəkətə keçərək yaralının xəstəxanaya çatdırılmasını sürətləndiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə yerinə cəlb olunan polis əməkdaşları təcili tibbi yardım avtomobili üçün xüsusi zolaq açaraq onun sıxlıq olan ərazidən maneəsiz keçidini təmin ediblər. Bu da yaralının vaxtında xəstəxanaya çatdırılmasına imkan yaradıb.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə güclü yağışlardan sonra yolun bir istiqamətində ciddi tıxac yaranıb. Bu səbəbdən nəqliyyatın hərəkətində çətinliklər müşahidə olunur.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki