Azpulmat və Manato ilə bağlı fırıldaq hallarında nə etməli? - AÇIQLAMAbackend

Azpulmat və Manato ilə bağlı fırıldaq hallarında nə etməli? – AÇIQLAMA

Son illər onlayn kredit platformalarına müraciət edən vətəndaşların sayı sürətlə artmaqdadır.

Xüsusilə bank olmayan kredit təşkilatları vasitəsilə təqdim edilən sürətli kreditlər əlçatanlığı və operativliyi ilə seçilir. Lakin bu sahədə hüquqi maarifləndirmə yetərli olmadıqda müxtəlif anlaşılmazlıqlar, müqavilə şərtləri ilə bağlı narazılıqlar və hətta hüquq pozuntuları yarana bilir. Bu çərçivədə “Azpulmat və Manato az saytından kredit götürərkən hər hansı fırıldaq halı baş verərsə bu hal hüquqda necə tənzimlənir?” sualını maraq doğurur.

Mövzu ilə bağlı Hüquqşünas Şamil Paşayev İNFOAZ.MEDİA-ya açıqlama verib.

Onun sözlərinə görə, Azpulmat və ya Manato kimi platformalardan kredit götürərkən onlar bank deyil, bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərirlər:

“Bu qurumların fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir və hər hansı narazılıq yarandıqda vətəndaşlar Mərkəzi Banka rəsmi qaydada şikayət edə bilərlər”.

Hüquqşünas vurğulayıb ki, vətəndaş hüquqlarının pozulması, dələduzluq halları və ya vəsaitin mənimsənilməsi ilə bağlı şübhələr olduqda, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa müraciət etmək mümkündür.

Laçın Qafarova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki