azər əliyevbackend

Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

Komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.

Komissiyanın tərkibində Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri və Fəridə Əzizova – Atletlər Komissiyasının sədri yer alıblar.

Bildirilib ki, komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək.

image-tey_mo_1773247561


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki