image-d406a1a3ae92fceb8fb048bf826ee187backend

Avropada “Patriot” raketlərinin çatışmazlığı yaranıb

Avropa ölkələri Ukraynanın Rusiyanın gözlənilən qış hücumlarına hazırlaşması fonunda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün yüzlərlə ələkeçirmə raketi tədarük etməkdə çətinlik çəkir. Ölkələrin mövcud ehtiyatları ciddi şəkildə azalıb.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ-ın ehtiyatları isə İran müharibəsi səbəbindən ciddi təzyiq altındadır. Yeni raketlərin istehsalının artırılması planlaşdırılsa da, onların yaxın aylarda Ukraynanın ehtiyaclarını qarşılamaq üçün kifayət etməyəcəyi bildirilir.

Bu vəziyyət Almaniya, Polşa, İspaniya və Yunanıstan kimi ölkələri öz hava hücumundan müdafiə imkanlarını zəiflətmək bahasına Ukraynaya raket göndərmək məsələsində ehtiyatlı davranmağa vadar edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki