image-ap26044467463696backend

Almaniyanın nüvə silahı istehsal edəcək? Merzdən AÇIQLAMA

Fridrix Merz fevralın 18-də Almaniyanın nüvə silahı inkişaf etdirməyəcəyini açıqlayıb. Lakin o, Avropalı həmkarlarını Almaniya ərazisində Fransa və ya Britaniya nüvə qüvvələrinin yerləşdirilməsini müzakirə etməyə çağırıb.

İNFOAZ.MEDİA xəbər verir ki,  Almaniya Nüvə silahlarının yayılmaması müqaviləsinə sadiqdir və yaxın gələcəkdə öz nüvə silahlarını yaratmaq planı yoxdur. O, həmçinin 1990-cı il müqaviləsinə sadiqliyini və Almaniyanın nüvə silahlarından imtina öhdəliyini təsdiqləyib.

Kansler qeyd edib ki, Fransa və Böyük Britaniya ilə NATO-nun Avropa qolunu gücləndirmək, ABŞ-ın “nüvə çətiri”ni Avropa ölkələri ilə tamamlayaraq Almaniyanın ərazi bütövlüyünü qorumaq təcili müzakirə mövzusudur. Eyni zamanda, o, Bundesverin Avropa ölkələrinin nüvə silahlarından istifadəsini texniki və beynəlxalq hüquqi səbəblərdən çətinləşdirən məsələlərin hələ həll olunmadığını bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki