Almaniyanın Bavariya əyalətinin Şonqau (Schongau) şəhərində yerləşən orta məktəbdə baş verən hücuma görə polis genişmiqyaslı əməliyyat keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Yerli KİV-lərin məlumatına əsasən, xəsarətlər əsasən bıçaq zərbələri nəticəsində baş verib. Şübhəli hadisə yerindən qaçsa da, qısa müddət sonra polis tərəfindən saxlanılıb.
Jalə
























