Fridrix Merts bildirib ki, İran ətrafında yaranan münaqişə NATO-nun məsuliyyətinə aid deyil.
İNFOAZ.MEDİA xəbər verir ki, Berlin şəhərində Rob Cetten ilə birgə mətbuat konfransında çıxış edən Merts qeyd edib ki, bu müharibə NATO-nun müharibəsi deyil və Almaniya da bu prosesdə iştirak etmir.
Onun sözlərinə görə, ABŞ və İsrail İranla bağlı hərbi addımlar barədə Avropa müttəfiqləri ilə əvvəlcədən məsləhətləşmələr aparmayıblar.
Merts əlavə edib ki, Almaniya-nın Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirakı məsələsi hazırda gündəmdə deyil.
Jalə
























