image-karoline-leavitt-2250706155-1024x691backend

Ağ Ev sözçüsündən açıqlama: İranla bağlı yeni planlar hazırlanır

ABŞ administrasiyasından İranla bağlı diqqətçəkən açıqlama gəlib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, Donald Trump Körfəz ölkələrinin İranla mümkün müharibənin maliyyələşdirilməsində iştirakına maraq göstərir.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı yaxın zamanda daha ətraflı açıqlamanın veriləcəyi gözlənilir.

Rəsmi Vaşinqtonun bu istiqamətdə hansı addımları atacağı və region ölkələrinin mövqeyi hələlik məlum deyil.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki