image-1437172464_1backend

Ağ Ev İrana hücum videosunu “GTA” oyunu ilə sinxronlaşdırıb – VİDEO

Ağ Ev İrana qarşı hava hücumlarını GTA-nın oyun görüntüləri ilə sinxronlaşdırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Ev bu görüntüləri paylaşdıqdan sonra ABŞ prezidentinin köməkçisi Stiven Çunq oyunda limitsiz silahlar üçün istifadə olunan fırıldaqçı kodu paylaşıb.

ABŞ prezidentinin köməkçisi X sosial şəbəkəsində yazıb:

“S1, R1, KVADRAT, R1, SOL, R2, R1, SOL, KVADRAT, AŞAĞI, L1, L1”.

Stiven Çunq bununla Ağ Evin paylaşımına ironik münasibət bildirib. ABŞ prezident administrasiyası İranda hərbi hədəflərə endirilən zərbələrin videosunu Grand Theft Auto: San Andreas oyununun üslubunda hazırlayıb.

Videonun təsvirində isə belə yazılıb:

“Epik Qəzəb Əməliyyatı: İranın raket arsenalını məhv edin. Onların donanmasını sıradan çıxarın. Onların heç vaxt nüvə silahı əldə etməməsinə əmin olun. Bağlandı.”

Rauf

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki