image-news-p-v1-20251105-eea08dcfe0d047498338a0e729dfd3ec_p1backend

Ağ Ev ABŞ-ın İranda quru əməliyyatına icazə verib

Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, ABŞ hazırda İranda quru əməliyyatı planlaşdırmır. Bununla belə, Vaşinqton hərbi variantı tamamilə istisna etmir.

İNFOAZ.MEDİA xəbər verir ki, o, brifinq zamanı jurnalistlərin sualına cavab olaraq qeyd edib ki, bu ssenari indiki əməliyyat planına daxil deyil. Eyni zamanda, ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Donald Tramp adından hərbi seçimlərdən imtina olunmadığını vurğulayıb.

Levitt əlavə edib ki, dövlət başçısı məsələyə ehtiyatla yanaşır və qəti mövqe açıqlamır.

Bəyanat İran ətrafında artan gərginlik fonunda səsləndirilib. İran tərəfi daha əvvəl Dubay istiqamətində hücum zamanı ABŞ qüvvələri arasında itkilər olduğunu iddia edib və 100-ə yaxın dəniz piyadasının həlak olduğunu açıqlayıb. ABŞ tərəfindən isə bu məlumatlar təsdiqlənməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki