ABŞ Yaxın Şərq regionuna əlavə E-2D Havkeye tipli radar təyyarələri yerləşdirir. Müşahidələrə görə, ən azı beş belə təyyarə artıq bölgəyə göndərilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu addım erkən xəbərdarlıq imkanlarını artırmaq və döyüş əməliyyatlarının koordinasiyasını gücləndirmək məqsədi daşıyır.
Qeyd olunur ki, bu təyyarələr uzaq məsafədən pilotsuz uçuş aparatlarını, qanadlı raketləri və digər hava hədəflərini müəyyən edə bilir. Eyni zamanda, onların zərərsizləşdirilməsi üçün əməliyyatların idarə olunmasında mühüm rol oynayır. Bu baxımdan, xüsusilə İranın dron hücumlarına qarşı müdafiədə önəmli hesab olunur.
Rauf
























