ABŞ-ın üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki müharibə zonasına göndərilməyə hazırlaşır.
ABŞ regiondakı hərbi-dəniz qüvvələrini gücləndirməyə davam edir.
İNFOAZ.MEDİA Fox News-a istinadən xəbər verir ki, üçüncü təyyarədaşıyan gəmi – “USS George H.W. Bush (CVN‑77)” İranla bağlı gərginliyin yaşandığı bölgəyə yerləşdirilməyə hazırlaşır.
Telekanalın jurnalisti Cennifer Qriffin bildirib ki, gəmi Cape Hatteras sahillərində təlimləri başa vurub və yaxın vaxtlarda bölgəyə yola düşəcəyi gözlənilir.
Məlumata görə, “George Bush” təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizi istiqamətində hərəkət edəcək.
Bundan əvvəl isə ABŞ Yaxın Şərqə ölkənin ən böyük və ən müasir təyyarədaşıyan gəmilərindən biri olan “USS Gerald R. Ford (CVN‑78)”-u göndərmişdi.
Orxan Məhərrəmov
























