ABŞ ordusu İranda yaşayan mülki şəxslərə müraciət edərək onları Hörmüz boğazı boyunca yerləşən və İranın dəniz qüvvələrinin istifadə etdiyi bütün liman obyektlərindən dərhal uzaqlaşmağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bununla bağlı ABŞ ordusunun United States Central Command (CENTCOM) açıqlama yayıb.
Açıqlamada bildirilib ki, limanlarda çalışan işçilər, inzibati heyət və ticarət gəmilərinin ekipaj üzvləri Iran hərbi gəmiləri və hərbi texnikasından uzaq məsafədə qalmalıdır.
Jalə
























