ABŞ Ekvadorda terror qruplaşmalarına qarşı yeni hərbi əməliyyata start verib.
İNFOAZ.MEDİA-nın məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) rəsmi açıqlama yayıb. Bildirilir ki, əməliyyatlar Ekvadorun yerli təhlükəsizlik qüvvələri ilə birgə həyata keçirilir.
Komandanlığın X sosial şəbəkəsində paylaşdığı bəyanatda vurğulanıb:
“Bu addımlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşlarımızın narkoterrorizm kimi təhlükələrə qarşı birgə və qətiyyətli mübarizəsinin göstəricisidir”.
Açıqlamada qeyd olunub ki, həyata keçirilən tədbirlər regionda sabitliyin möhkəmləndirilməsi, eləcə də transmilli cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasına xidmət edir.
Jalə
Посмотреть эту публикацию в Instagram
























