“WSJ” qəzetinin məlumatına görə, İranla baş verən hərbi münaqişə başlayandan bəri ən azı 13 ABŞ hərbçisi həlak olub.
İNFOAZ.MEDİA xəbər verir ki, Yaxın Şərqdə iki həftədir davam edən qarşıdurma zamanı 13 amerikalı hərbçi həyatını itirib, 10 nəfər ağır yaralanıb, təxminən 200 nəfər isə yüngül xəsarət alıb.
Bildirilir ki, yaralanan hərbçilərin böyük hissəsi artıq xidmətə qayıdıb. Belə ki, təxminən 170 əsgər yenidən hərbi xidmətini davam etdirir.
Qəzetin məlumatına görə, ölən hərbçilərdən 6 nəfəri ABŞ-a məxsus KC-135 tanker təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub. Digər itkilərin isə regiondakı əməliyyatlar zamanı baş verdiyi bildirilir.
Orxan
























