ABŞ zabitibackend

ABŞ: İranla münaqişə 4–6 həftəyə başa çata bilər

ABŞ və İran arasında davam edən münaqişənin aylarla sürməyəcəyi, bir neçə həftə ərzində başa çata biləcəyi bildirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası münaqişənin gedişini hesablayıb və ABŞ ekspertləri qarşıdurmanın ən geci 4–6 həftə ərzində başa çatacağını düşünür.

Hassett bildirib ki, proses artıq iki həftə əvvəl başlayıb və hazırda hadisələr planlaşdırılan qrafikdən daha sürətli inkişaf edir.

“Bu, aylarla davam etməyəcək. Prezident Trampın komandası bunun 4–6 həftə çəkəcəyini bildirib və biz artıq qrafiki qabaqlayırıq”, – deyə o qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki