ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker müdafiə sahəsinə yatırımların cəmiyyət üçün yük kimi qiymətləndirilməsinin yanlış olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Uitaker qeyd edib ki, mövcud təhlükəsizlik mühiti uzun müddət davam edə bilər və buna görə də müdafiə sənayesinə yatırımlar iqtisadi imkan kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu sahə yüksək səviyyəli mühəndisliyin inkişafına, ÜDM-in artmasına və yeni texnologiyaların yaranmasına töhfə verir.
Səfir vurğulayıb ki, mülki və hərbi texnologiyalar arasındakı sərhəd getdikcə aradan qalxır. Bu isə müdafiə sənayesinə qoyulan investisiyaların həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından daha böyük fayda verməsinə imkan yaradır.
Metyu Uitaker əlavə edib ki, bəzi ölkələr, xüsusilə Almaniya, avtomobil sənayesinin imkanlarını tədricən müdafiə sənayesinə yönəltməklə bu istiqamətdə mühüm addımlar atır.
Rauf
























