image-1772167717_1772167011_elmina-agayeva-ht-gmh-260226_1772142821410_hpmainbackend

ABŞ-da saxlanılan azərbaycanlı tələbə azadlığa çıxdı

Nyu York meri Zöhran Məmdani ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra federal miqrasiya orqanları tərəfindən saxlanılan azərbaycanlı tələbə Elmina Ağayeva azadlığa buraxılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, tələbə Nyu Yorkdakı Kolumbiya Universitetinin kampusunda saxlanılmışdı. Universitet rəhbərliyi agentlərin order olmadan yaşayış binasına daxil olduqlarını bildirsə də, ABŞ Daxili Təhlükəsizlik Departamenti həbsi qanuni sayıb.

Məsələ Mamdani ilə Tramp arasında müzakirə edildikdən sonra Ağayeva sərbəst buraxılıb. O, sosial şəbəkədə paylaşım edərək təhlükəsiz olduğunu və hadisədən şok yaşadığını bildirib.

Qeyd edək ki, politologiya və neyrobiologiya ixtisası üzrə oxuyan tələbənin vizası 2016-cı ildə ləğv edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki