ABŞ bayrağı altında üzən motorlu qayıq Kuba sularına daxil olaraq sərhədçilərə atəş açıb, hadisə nəticəsində dörd nəfər ölüb, yeddi nəfər yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Floridada yerləşən motorlu qayıq Kuba ərazi sularına daxil olduqdan sonra Kuba sərhədçilərinə atəş açıb. Qarşı tərəf cavab atəşi ilə reaksiya verib. Nəticədə həlak olan dörd nəfərin hamısının həmin qayıqda olduğu bildirilir.
Hadisə zamanı sərhəd xidmətinə məxsus qayığın kubalı komandiri də yaralanıb. O, tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rauf
























