Ukrayna müharibənin 1479-cu günü ilə bağlı Rusiya ordusunun itkilərinə dair yenilənmiş statistikanı açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Açıqlamaya görə, müharibə başlayandan indiyədək Rusiya tərəfi 1 277 620 hərbçi, 11 773 tank, 24 202 zirehli döyüş maşını, 38 369 artilleriya qurğusu, 1 685 reaktiv yaylım atəş sistemi, 1 331 hava hücumundan müdafiə kompleksi, 435 hərbi təyyarə və 349 helikopter itirib.
Bundan əlavə, 175 139 pilotsuz uçuş aparatı, 4 403 qanadlı raket, 83 223 avtomobil və hərbi texnika, 31 gəmi və kater, 2 sualtı qayıq, həmçinin 4 088 xüsusi texnikanın məhv edildiyi bildirilib.
Jalə
























