image-5912244backend

Zimbabvenin sabiq prezidentinin oğlu həbs edildi

Cənubi Afrikada Bellarmine Çatunqa Muqabe evində baş verən atışma ilə bağlı saxlanılıb. O, daha bir şübhəli ilə birlikdə qətl cəhdində ittiham olunur.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Yohannesburqdakı şəxsi evlərdən birində baş verib. Evdə çalışan bağban güllə yarası alıb və vəziyyətinin ağır olduğu bildirilir.

Cənubi Afrika qanunvericiliyinə uyğun olaraq, məhkəməyə qədər şübhəlilərin adları rəsmi şəkildə açıqlanmır. Qeyd edək ki, Bellarmine Çatunqa Muqabe Zimbabvenin keçmiş prezidenti Robert Mugabe-nin kiçik oğludur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki