Ukrayna Prezidenti Vladimir Zelenski yeni müdafiə naziri Yevgeni Xmaranın təqdimatı zamanı səfərbərlik, hərbi müqavilələr və rotasiya məsələləri üzrə real qərarların və təkliflərin hazırlanmasını tələb edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski bildirib ki, bu istiqamətdə Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin sistemli və əlaqələndirilmiş şəkildə çalışması, orduda təşkilati məsələlərin həllinə isə daha humanist və sistemli yanaşmanın tətbiq edilməsi vacibdir.
Prezident həmçinin müdafiə sektorunun koordinasiyalı fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları ilə əldə etdiyi bütün razılaşmalar üzrə audit aparılmalı, hansı öhdəliklərin yerinə yetirildiyi, hansılarının isə hələ gözlənildiyi müəyyənləşdirilməlidir.
Zelenski hava hücumundan müdafiə və antibalistik müdafiənin gücləndirilməsini, xüsusilə qış mövsümü ərəfəsində əsas prioritetlərdən biri adlandırıb. O, həmçinin uzaqmənzilli zərbələrin sayının artırılmasını gözlədiyini bildirib.
Qeyd edək ki, Yevgeni Xmara Ukraynanın yeni müdafiə naziri kimi təqdim edilib.
Rauf
























