image-isiq-768x403-3backend

Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək

Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami RETSİ-nin xidmət ərazisinə daxil olan Babək prospektinin, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrinin bəzi ərazilərində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki