Ukrayna Prezidenti Volodimir Zelenski ölkəyə yeni hava hücumundan müdafiə vasitələrinin çatdırıldığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, tərəfdaş ölkələrdən bir neçə Crotale hava hücumundan müdafiə sistemi və onlar üçün raketlərin tədarükü təsdiqlənib. O, həmçinin AIM raketlərinin də Ukraynaya çatdığını bildirib.
Prezident əlavə edib ki, Ukraynaya daha bir neçə Patriot raketi də gəlib. Lakin Zelenski onların sayını açıqlamayıb və daha çox raketə ehtiyac olduğunu vurğulayıb.
“Bir neçə Patriot raketi gəlib. Neçə dənə? Deyə bilmərəm. Amma bizə daha çox lazımdır”, – Zelenski bildirib.
Jalə
























