Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı Ukraynaya güzəştə getmək çağırışına münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Kiyev lideri bu yanaşmanın onu qəzəbləndirdiyini gizlətməyib.
Zelenski qeyd edib ki, bu, sadəcə onun taktikasıdır və verilmiş qəti qərar deyil.
Ukrayna prezidenti Trampın mövqeyini “ədalətsiz və birtərəfli” adlandırıb. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya təzyiq göstərməsi daha asan görünə bilər, lakin bu, ədalətli yanaşma hesab edilə bilməz.
Jalə
























