image-zelenski1backend

Zelenski: “ABŞ Patriot raketlərinin 5%-ni satsа, qışı keçirəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemləri üçün kəsici raketlərin ciddi çatışmazlığı ilə üzləşdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski CNN-ə açıqlamasında deyib ki, Ukraynanın 2026-cı ildəki interceptor ehtiyatı 2025-ci illə müqayisədə 2,5 dəfə azalıb, eyni zamanda Rusiya ayda əvvəlkindən iki dəfə çox ballistik raket buraxır.

Onun sözlərinə görə, ABŞ öz ehtiyatındakı interceptor raketlərinin 5%-ni Ukraynaya satarsa, ölkə qışı keçirə və insanların həyatını xilas edə bilər. Zelenski 10%-lik tədarükün isə Rusiyanın bütün ballistik raketlərinin qarşısını almağa imkan verəcəyini bildirib.

“Əgər bizə 5% satsalar, qışı keçirəcəyik və insanların həyatını xilas edəcəyik. 10% satsalar, bütün Rusiya ballistik raketlərini məhv edəcəyik. Hazırda məndə 1% var.”

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki