İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei çərşənbə axşamı Şərqi Azərbaycan əyalətindən bir qrup insanla görüş keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əli Xamenei ölkədə baş verən etiraz aksiyaları zamanı yaşanan qarşıdurmalarda insanların həlak olmasına münasibət bildirib. O, tökülən qanların onu dərindən sarsıtdığını vurğulayaraq, bu hadisələri kədər və hüznlə qarşıladığını qeyd edib.
Çıxışı zamanı Xamenei ABŞ-la bağlı da sərt mesajlar səsləndirib və xüsusilə Donald Trump-ın bəyanatlarına toxunub. O, ABŞ rəhbərliyinin hərbi güclə bağlı iddialarını tənqid edərək bildirib ki, ən güclü hesab edilən ordular belə gözlənilməz və sarsıdıcı zərbələrlə üzləşə bilər.
İran lideri, həmçinin ABŞ-ın bölgəyə təyyarədaşıyan göndərməsi ilə bağlı açıqlamalara da münasibət bildirib. Onun sözlərinə görə, təyyarədaşıyan hərbi baxımdan ciddi təhlükə yaratsa da, onu sıradan çıxara biləcək vasitələrin mövcudluğu da nəzərə alınmalıdır.
Jalə

























