X sosial şəbəkəsi Yəməndəki husilərin hərbi sözçüsü Yəhya Sərinin hesabını bu gün dayandırıb. Hesabın dayandırılmasının konkret səbəbi açıqlanmayıb. Sərinin hesabının dayandırılmasından əvvəl təxminən 121,5 min izləyicisi olub.
İNFOAZ.MEDİA xəbər verir ki, bu, Sərinin X platformasındakı hesabının məlum olan üçüncü dayandırılmasıdır. Onun əvvəlki ərəb dilli hesabı 2022-ci ildə də bloklanmışdı.
Sərinin X hesabının bağlanmasına baxmayaraq, o, açıqlamalarını Telegram kanalı və husilərə bağlı “Al-Masirah” televiziyası vasitəsilə yaymağa davam edir.
Rauf
























