image-stiven_vitkoffbackend

Vitkof Rusiya ilə Ukrayna arasında danışıqlar barədə açıqlama verdi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib ki, Rusiya və Ukrayna arasında Cenevrədə Vaşinqtonun vasitəçiliyi ilə keçirilən üçtərəfli danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, amerikalı moderatorlar tərəfləri bir masa arxasına toplamağa nail olub və aktiv vasitəçilik artıq konkret nəticələr verib. Nümayəndə heyətləri yekun razılaşma üçün liderləri ilə məsləhətləşmələri davam etdirəcək.

Sülh danışıqlarının son mərhələsi 17 fevralda keçirilib və 4 saat yarım davam edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki