Zelenskibackend

Ukrayna müharibənin yeni mərhələsinə hazırlaşır – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin getdikcə daha çox hava məkanına keçdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Ukrayna müharibəni göyə keçirmək üçün hər şeyi edir. Orada artıq əsgərlərin sayında rəqabət aparmağa ehtiyac yoxdur – texnologiyaya, dronlara və raketlərə arxalanmaq mümkündür”, – Zelenski deyib.

Zelenskinin sözlərinə görə, müasir döyüşlərdə texnologiya və pilotsuz sistemlər getdikcə daha böyük rol oynayır. O, Ukraynanın da bu istiqamətdə imkanlarını genişləndirməyə çalışdığını vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki