Ukraynaya məxsus MiQ-29 qırıcısının Odessa vilayətinin sahili üzərində Rusiyanın reaktiv mühərrikli “Şahid” dronunu təqib edərək məhv etdiyi görüntülər yayılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, kadrlarda qırıcının dronu olduqca aşağı hündürlükdə təqib etdiyi, daha sonra isə havada baş verən partlayış nəticəsində dronun vurulduğu görünür.
Rusiya son aylarda daha sürətli reaktiv mühərrikli “Şahid” variantlarından istifadəsini artırıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bəzi hücumlarda reaktiv dronlar ümumi pilotsuz uçuş aparatlarının üçdə ikisinə qədərini təşkil edə bilər.
Qeyd edək ki, avqustun 10-da Odessa vilayətində Rusiya dronlarını ələ keçirmək üçün döyüş tapşırığı yerinə yetirən başqa bir Ukrayna MiQ-29-u da qəzaya uğrayıb. Pilot katapult edərək sağ qalıb.
Rauf
























