DRONbackend

Ukrayna hərbi paradı robot və dronlarla keçirdi

Ukrayna 24 avqust – Müstəqillik Günü münasibətilə ənənəvi hərbi parad formatından fərqli nümayiş keçirib. Kiyevin mərkəzində keçirilən tədbirdə canlı hərbi texnika və əsgər kolonları əvəzinə pilotsuz sistemlər nümayiş etdirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, Xreşşatik küçəsi ilə onlarla yerüstü robotik sistem hərəkət edib. Nümayişdə döyüş, kəşfiyyat, logistika və yaralıların döyüş meydanından təxliyəsi üçün nəzərdə tutulan robotlar yer alıb.

Dnepr çayında isə Ukraynanın “Magura” və “Sea Baby” tipli dəniz dronları nümayiş etdirilib. Eyni zamanda, Kiyev səmasında müxtəlif pilotsuz uçuş aparatları ilə yanaşı “Mirage 2000” və F-16 qırıcıları da uçuş həyata keçirib.

Məlumata görə, bu nümayiş pilotsuz sistemlərin quru, dəniz və hava komponentlərini bir araya gətirən və “dünyada ilk” kimi təqdim olunan hərbi parad formatıdır.

Ukraynanın builki Müstəqillik Günü tədbiri ölkənin müharibə şəraitində hərbi texnologiyalarının və pilotsuz sistemlərdən istifadə imkanlarının nümayişinə çevrilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki