Donald Tuskbackend

Tusk: “ABŞ-ın bu insidentlərlə bağlı qiymətləndirməsi ilə həmişə razılaşmıram”

Polşanın Baş naziri Donald Tusk ölkəsinin hava məkanında Rusiya raketləri və dronları ilə bağlı insidentlərə münasibət bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Özümüzü aldatmayaq. Cavab tələb edən bir insident baş verib. Lakin müttəfiqlərimiz, məsələn, ABŞ həddindən artıq sərt reaksiya vermək istəmir.

Onlar bu cavabın yeni eskalasiya dalğasına səbəb olmasını istəmirlər və mən bunu başa düşürəm. Lakin Amerika tərəfinin bu insidentlərə verdiyi qiymətləndirmə və şərhlərlə, yumşaq desək, hər zaman razılaşmıram”, – deyə Tusk bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki