ABŞ qanunvericiləri Vaşinqtonu Çin istehsalı təyyarələrin qarşısını almağa, Çinin aviasiya sektoruna investisiyaları məhdudlaşdırmağa və bu ölkəyə sərmayə yatıran şirkətlərlə müdafiə müqavilələrini ləğv etməyə çağırıblar.
İNFOAZ.MEDİA xəbər verir ki, Konqresə təqdim olunan hesabatda Qərb ölkələri ilə aviasiya sahəsində əməkdaşlığın Çinin hərbi aviasiya imkanlarını gücləndirdiyi bildirilib.
Hesabatda, həmçinin ABŞ-ın iri aviasiya şirkətlərinin hökumət tərəfindən təsdiqlənmiş lisenziyalar əsasında nəzarət edilən texnologiyaları Çin ordusu ilə əlaqəli qurumlara ötürdüyü iddia olunub.
Jalə
























