image-221125170749-taiwan-election-1126-1backend

Tayvan Çinə bağlı olduğu iddia edilən 2 700-ə yaxın sosial media hesabını Meta-ya şikayət edib

Tayvan hakimiyyəti noyabrın 28-də keçiriləcək yerli seçkilərə müdaxilə cəhdləri ilə əlaqədar Çinə bağlı olduğu ehtimal edilən 2 700-ə yaxın sosial media hesabını “Meta” şirkətinə təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rəsmilərin bildirdiyinə görə, həmin hesablar cəmiyyətdə parçalanma yaradan narrativlər yayıb, seçiciləri səsvermədən çəkindirməyə çalışıb və hakim Demokratik Tərəqqi Partiyasının (DPP) namizədlərini hədəfə alıb.

“Meta” isə şikayət edilən hesabların silindiyini açıqlayıb. Bununla yanaşı, şirkət saxta hesabların heç birinin seçkilərlə bağlı məzmun paylaşmadığını bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki