Polşanın Baş naziri Donald Tusk ölkəsinin hava məkanında Rusiya raketləri və dronları ilə bağlı insidentləri şərh edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, bu dəfə hadisənin təsadüfən baş verdiyini iddia etmək mümkün olmayacaq.
“Düşünürəm ki, bu konkret halda heç kim bunun günahsız bir təsadüf olduğunu iddia etməyə çalışmayacaq. Baş verənlərlə bağlı kiminsə maraqlarına uyğun olanı deyil, əslində nə baş verdiyini ətraflı şəkildə açıqlayacağıq”, – deyə Tusk vurğulayıb.
Rauf
























