image-d0df7a74-a312-37c8-a21c-7582ab658f76_1200backend

Azərbaycan Premyer Liqasında XII tura bu gün start veriləcək

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək.

İlk olaraq “Zirə” səfərdə “İmişli” ilə üz-üzə gələcək. Yevlax şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Bakı təmsilçisi 19 xalla beşinci, bölgə klubu 11 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyun saat 19:00-da başlanacaq. Son ölkə çempionu 21 xalla ikinci sıradadır. “Kimyaçılar” 10 xalla doqquzuncudur. Hər iki kollektivin ehtiyatda bir oyunu var.

Misli Premyer Liqası

II dövrə

XII tur

20 noyabr (cümə)

14:30. “İmişli” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev

VAR: Kamranbəy Rəhimov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Yevlax şəhər stadionu

19:00. “Sumqayıt” – “Sabah”

Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.// report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki