putinbackend

Putin: Nobel mükafatlarının arxasında Alfred Nobelin Rusiyada qazandığı pullar dayanır

Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin maliyyə mənbələri ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Putin Alfred Nobelin sərvətinin ilkin mənbəyinin Rusiyadakı biznes fəaliyyəti olduğunu bildirib.

Onun sözlərinə görə, Nobel Rusiyada neft və digər sahələrdə həyata keçirdiyi kommersiya layihələrindən böyük gəlir əldə edib və sonradan həmin vəsait əsasında yaradılan fond bu gün Nobel mükafatlarını laureatlara təqdim edir.

Putin qeyd edib ki, hazırda Rusiya ilə ticarət və iqtisadi əlaqələr qurmaq istəməyənlər Nobel Komitəsi vasitəsilə Rusiyada qazanılmış vəsaitdən əldə olunan mükafatları məmnuniyyətlə qəbul edirlər.

O, bu məqamın çox vaxt diqqətdən kənarda qaldığını vurğulayıb.

Rauf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki