Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Yalova vilayətində təlim uçuşu zamanı qəzaya uğrayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult edərək təyyarədən təhlükəsiz şəkildə çıxıb və sağ qalıb.
Qəzanın səbəbi hələlik məlum deyil. Nazirlik hadisənin səbəblərinin ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcəyini bildirib.
Jalə
























