image-hq720backend

Türkiyədə Qara dənizdən Rusiya “Pantsir-S1” raketinin qalıqları çıxarılıb

Türkiyənin Sinop şəhərində bir şəxsin Qara dənizdən paslanmış, raketə bənzər silindrik obyekt çıxararaq sahil boyunca daşıdığı görüntülər yayılıb.

İNFOAZ.MEDİA xəbər verir ki, obyektin Rusiya istehsalı “Pantsir-S1” hava hücumundan müdafiə sistemində istifadə olunan 57E6 raketinin atılmış birinci pillə sürətləndirici mühərriki olduğu bildirilir.

Bu tip raket qalıqlarının Türkiyənin Qara dəniz sahillərinə daha əvvəl də çıxması qeydə alınıb. İyunun 20-də İstanbul və Samsun sahillərində “Pantsir” sistemində istifadə olunan 57E6 raketinin mühərrik hissələrinin tapıldığı bildirilib.

Sinopun Ayancık rayonu sahillərində isə iyunun 2-də dənizdə raket olduğu ehtimal edilən naməlum obyekt aşkarlanmış və Sahil Mühafizəsi ilə jandarma tərəfindən təhlükəsizlik tədbirləri görülmüşdü. Obyekt ekspertiza üçün götürülüb.

Qeyd edək ki, bu cür qalıqların Qara dəniz sahillərinə çıxması Rusiya-Ukrayna müharibəsi zamanı istifadə olunan silah sistemləri ilə əlaqələndirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki