ABŞ Prezidenti Donald Tramp Kanadanı ABŞ-a qarşı ədalətsiz ticarət siyasəti yürütməkdə ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Kanada onilliklərdir ABŞ-ı “soyur”, amerikalı fermerlərə 400 faiz və daha yüksək tariflər tətbiq edir və bunun nəticəsində bir sıra ABŞ şirkətləri fəaliyyətini dayandırmalı olub.
O, həmçinin Kanadanın 10 il ərzində “Gulfstream” təyyarələrinin sertifikatlaşdırılmasına mane olduğunu və bununla bağlı yalnız Trampın müdaxiləsindən sonra vəziyyətin dəyişdiyini iddia edib.
Tramp Kanadanın “Gulfstream”in kanadalı rəqibinə bazarın 100 faizini vermək istədiyini də bildirib.
“Bir çox ölkə ilə işləyirəm və Kanada asanlıqla ən çətin və əsassız ölkədir. Onlar özlərini nəyəsə haqqı çatırmış kimi aparırlar, amma onlar ştat deyil və artıq belə bir üstünlüyə sahib olmayacaqlar”, – Tramp qeyd edib.
Jalə
























