İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın İranla bağlı bəyanatlarına cavab verərək bildirib ki, Vaşinqton 47 ildir İslam Respublikasını məhv edə bilməyib və bundan sonra da bacarmayacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, o, ABŞ ordusunun gücü ilə bağlı iddialara münasibət bildirərək “ən güclü ordunun belə ağır zərbə ala biləcəyini” deyib və hərbi gəmilərlə bağlı hədələrə cavab olaraq onları batıra biləcək silahların da mövcud olduğunu vurğulayıb.
Xamenei İranın nüvə enerjisindən, o cümlədən uranın zənginləşdirilməsindən istifadəsinin qanuni hüquq olduğunu qeyd edib, son iğtişaşları isə “planlaşdırılmış çevriliş cəhdi” adlandırıb və hökuməti iqtisadi problemlərin həllini sürətləndirməyə çağırıb.
Rauf
























