image-donald-trampbackend

Tramp: Hörmüz boğazında bütün minalar təmizlənib, yenilərini yerləşdirənlər məhv ediləcək

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında minalarla bağlı sərt xəbərdarlıq edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, boğazın beynəlxalq sularında olan bütün minalar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən çıxarılıb və ya partladılıb. O, İranın yeni mina yerləşdirilməsi halında həmin gəmi və ya qayığın dərhal və sistemli şəkildə məhv ediləcəyi barədə xəbərdar edildiyini açıqlayıb.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton “Space Force” vasitəsilə Hörmüz boğazının hər qarışını izləyir.

Tramp həmçinin “Pickaxe Mountain” və daha əvvəl məhv edilmiş üç nüvə obyektinin də ABŞ tərəfindən nəzarətdə saxlanıldığını bildirib.

O, mina yerləşdirilməsinə qarşı “sıfır tolerantlıq siyasətinin” artıq tam qüvvədə olduğunu vurğulayıb.

Tramp daha əvvəl də Hörmüz boğazında bütün su minalarının çıxarıldığını və ya məhv edildiyini açıqlamışdı.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki