Türkiyə millisinin və “Bursaspor”un sabiq baş məşqçisi, 85 yaşlı almaniyalı mütəxəssis Sepp Piontek vəfat edib.
İNFOAZ.MEDİA xəbər verir ki, ailəsi onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini açıqlayıb.
Piontek 1990–1993-cü illərdə Türkiyə yığmasına, daha əvvəl isə “Bursaspor”a rəhbərlik edib. O, 1979–1990-cı illərdə Danimarka millisinin baş məşqçisi kimi böyük uğurlar qazanıb və hücum futboluna əsaslanan oyun üslubuna görə “Danimarka Dinamiti” kimi tanınıb.
Həmin dövrdə komandada Michael Laudrup, Jesper Olsen və Frank Arnesen kimi tanınmış futbolçular çıxış edirdilər.
Rauf

























