Liberal Demokrat Partiyasının lideri Sanae Takaiçi yenidən Yaponiyanın Baş naziri seçilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Takaiçi Nümayəndələr Palatasında 237 səs toplayıb. Şura üzvləri palatasında isə birinci turda səs çoxluğuna bir səs çatmadığı üçün ikinci tur keçirilib və o, müxalifət liderinin 46 səsinə qarşı 125 səs qazanıb. Qeyd olunub ki, Senatda ikinci tur səsvermə son 13 ildə ilk dəfə baş tutub.
Məlumata görə, Katayama Satsuki maliyyə naziri, Motegi Toşimitsu xarici işlər naziri, Akazava Ryosei isə iqtisadiyyat naziri vəzifəsinə başlayıb.
Jalə
























