Suriya xarici işlər naziri Əsəd əl-Şeybani Dəməşqin İranla münasibətləri bərpa etməyə açıq olduğunu bildirib. Lakin o, bunun üçün Tehranın Bəşər Əsəd rejiminə dəstək verməsi və Suriyada baş verənlərdəki rolunu qəbul etməli olduğunu vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Şeybani bildirib ki, diplomatiya üçün heç bir məhdudiyyət yoxdur və İranın Suriya xalqına qarşı son 14 ildə etdikləri ilə bağlı “real həll” ortaya qoyularsa, danışıqlar yenidən başlaya bilər.
“Diplomatiyanın heç bir həddi yoxdur”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, İranın Suriyada Əsəd hakimiyyətinə göstərdiyi dəstək etiraf edilmədən Dəməşq və Tehran arasında münasibətlərin normallaşması mümkün deyil.
Qeyd edək ki, İran Əsəd rejiminə uzun illər ərzində hərbi və maliyyə dəstəyi göstərib, həmçinin İranın dəstəklədiyi silahlı qruplar Suriya hökumət qüvvələri ilə birlikdə döyüşüb.
Jalə
























