Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkədə miqrasiya keçmişi olan insanların sayının cəmiyyətin böyük hissəsini təşkil etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Əgər məktəblilərin 42 faizinin başqa ölkədən gələn əcdadları varsa, artıq ayrı-ayrı miqrasiya keçmişi olan həmvətənlərdən danışmırıq. O zaman Almaniya bizim ölkəmizdir – miqrasiya keçmişi olan bir ölkə”, – Ştaynmayer deyib.
Məlumata görə, Almaniyada məktəb yaşlı uşaqların təxminən 42,3 faizinin miqrasiya keçmişi var.
Rauf
























