Almaniya Prezidenti Frank-Valter Ştaynmayerbackend

Ştaynmayer: “Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur”

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkədə vətəndaşların mənşəyinə görə fərqləndirilmədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Birinci və ya ikinci dərəcəli vətəndaş yoxdur. Konstitusiyamız alman xalqını etnik mənşəyə əsaslanan icma kimi müəyyən etmir”, – Ştaynmayer deyib.

O vurğulayıb ki, Almaniya Konstitusiyası eyni qanı daşıyan “milli icma” anlayışını və “bioloji almanlar” üçün hər hansı vətəndaşlıq imtiyazını tanımır.

Ştaynmayerin sözlərinə görə, Konstitusiyanın nəzərdə tutduğu alman xalqına sonradan Almaniyaya qoşulan vətəndaşlar da daxildir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki