image-bezalel-smotrich-israel-finance-minister-january-2023backend

Smotriç: İsrail Qəzza, Livan və Suriyadakı təhlükəsizlik zonalarından çəkilməyəcək

İsrailin maliyyə naziri Bezalel Smotriç ölkəsinin Qəzza, Livan və Suriyada yaratdığı “təhlükəsizlik zonaları”ndan geri çəkilmək niyyətində olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Smotriçin sözlərinə görə, uzunmüddətli müharibə İsrail üçün yeni təhlükəsizlik reallığı yaradıb və ölkənin müdafiə etməli olduğu ərazilərin həcmi artıb.

“Biz Qəzzadakı, Livandakı və Suriyadakı təhlükəsizlik zonalarında qalacağıq. Təəssüf ki, sol düşərgədə deyilənlərə baxmayaraq, oradan çəkilmək niyyətimiz yoxdur. Bu reallıq qalacaq”, – Smotriç deyib.

İsrailin müdafiə naziri İsrael Kats da son günlər İsrail ordusunun Qəzza, Livan və Suriyadakı təhlükəsizlik zonalarında qalacağını açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki