image-5794041767597379552backend

Səudiyyə Ərəbistanı və Fransa Paris yaxınlığında 7 milyard dollarlıq “Dragon Ball Z” parkı tikəcək

Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avro (təxminən 7 milyard dollar) dəyərində tematik əyləncə parkları kompleksi yaratmaq barədə razılığa gəliblər. Layihənin bir hissəsinin məşhur Yapon “Dragon Ball Z” franşizasına həsr olunması gözlənilir.

İNFOAZ.MEDİA xəbər verir ki, layihə Parisin təxminən 30 kilometr şimal-qərbində, Cergy-Pontoise yaxınlığında həyata keçiriləcək. Ümumilikdə üç tematik parkın inşası nəzərdə tutulur və layihənin təxminən 22 min iş yeri yaradacağı bildirilir. Səudiyyənin Qiddiya şirkəti layihəni maliyyələşdirəcək.

Məlumata görə, ideya Fransa Prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında 2025-ci ildə Səudiyyə Ərəbistanına səfər zamanı yaranan söhbətdən sonra ortaya çıxıb. Tərəflər “Dragon Ball Z” və manqaya olan ortaq maraqlarını müzakirə ediblər.

Parkların tikintisinin bir neçə il davam edəcəyi, lakin hələlik rəsmi açılış tarixinin müəyyənləşdirilmədiyi açıqlanıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki